Uğura aparan məhsullar!        
Səbətiniz Sifariş et (0)

Dəstək

Gizlilik siyasəti

Bu gizlilik siyasəti bizim məlumatı necə topladığımızı və daxil etdiyiniz şəxsi məlumatları öz vebsaytımızda (www.lnsint.net) necə istifadə etdiyimizi göstərir. Bu siyasət həmçinin şəxsi məlumatlarınızın bizim tərəfdən istifadəsinə və sizin bu məlumatlara necə daxil olub düzəliş edə biləcəyinizə dair mövcud seçimləri özündə əks etdirir.

Şəxsi Məlumatların Toplanması və İstifadəsi

Biz sizdən aşağıdakı şəxsi məlumatları toplayırıq:

  • Ad, elektron poçt ünvanı, poçt ünvanı, telefon nömrəsi kimi əlaqə məlumatları
  • Life Account nömrəsi
  • Sosial Mühafizə nömrəsi, Milli ŞV (Pasport)
  • İstifadəçi adı, hesab nömrəsi və şifrə kimi unikal müəyyənləşdiricilər

Biz aşağıdakı üçüncü tərəf məlumatlarını toplayırıq:

Ad, Milli Şəxsiyyət Vəsiqəsinin kodu, ünvan, elektron poçt ünvanı, telefon nömrəsi, onlarla paylaşmaq istədiyiniz pulun faizi, onların benefisiar və ya əməkdaş olması.

Aşağıdakılara görə bu məlumatları istifadə edirik:

  • sizin sifarişinizi həyata keçirmək
  • sizə tələb olunan məhsul və ya xidmət məlumatını göndərmək
  • məhsul yeniliklərini və ya zəmanət məlumatlarını göndərmək
  • müştərinin xidmət sorğularına cavab vermək
  • hesabınızı idarə etmək
  • sizə xəbərlər göndərmək
  • sizin sual və şübhələrinizə cavab vermək
  • digər istifadəçilər ilə sizin tranzaksiyalarınızı sürətləndirmək
  • sizə - çek tarixçəsinə, ödəniş tarixçəsinə, bəyanatlara, qazandığınız balları istifadə etmənizə, həftəlik komissiyalarınıza baxmaq üçün icazə vermək
  • sizə saatlar və ya məhsullar üçün ödəniş etməyə icazə vermək
  • hesabınızla əlaqəli olan xidmət ismarıclarını və xəbərləri sizə göndərmək və ya baxım (təmir) işləri ilə əlaqədar olaraq xidmətimiz müvəqqəti olaraq uyğun olmadıqda sizə xəbərdarlıq göndərmək
  • sizə saytın digər istifadəçilərinə şəxsi ismarıclar göndərməyə icazə vermək

 

Biz aşağıdakı məqsədlərə görə üçüncü tərəfin məlumatlarını istifadə edirik:
Cari vəziyyətdə hesabınızda olan pulu əldə etmək üçün bu istifadəçilərə icazə vermək.
 
Seçim/Opt-Out

Siz bu elekton poçt mesajlarında olan təlimatları abunəlikdən çıxartmaqla və ya privacy@lnsint.net ünvanından bizimlə əlaqə saxlamaqla bizdən gələn elektron poçt ismarıcları olan xəbərləri dayandırmağı seçə bilərsiniz.

Üçüncü Tərəflərdən əldə edilmiş Məlumatlar

Əgər bizə digər şəxslər haqqında şəxsi məlumatlar təqdim etsəniz və ya başqaları bizə sizin məlumatlarınızı təqdim edərsə, biz bu məlumatı sadəcə xüsusi səbəbə görə istifadə edəcəyik.

Məlumatın Paylaşılması

Biz sizinlə yalnız bu gizlilik siyasətində qeyd edilmiş yollarda üçüncü tərəf ilə əlaqəli olan şəxsi məlumatları paylaşacağıq. Biz sizin şəxsi məlumatlarınızı üçüncü bir tərəfə satmırıq.
Biz sifarişinizin çatdırılması, ödənişinizin həyata keçirilməsi və ya müştəri xidmətləri kimi biznes fəaliyyətlərində bizə köməklik göstərən xidmət provayderlərinə şəxsi məlumatlarınızı təqdim edə bilərik. Bu şirkətlər yalnız qeyd edilmiş xidmətləri bizə təmin etmək vacib olduqda sizin şəxsi məlumatlarınızı istifadə etməyə görə səlahiyyətləndirilir.
Biz həmçinin sizin şəxsi məlumatlarınızı açıqlaya bilərik

 

  • məhkəmə bildirişi və ya buna bənzər hüquqi proseslərə uyğun olmaq üçün qanunvericilik tərəfindən tələb olunduqda,
  • biz bu məlumatların hüquqlarımızı qorumaq, sizin təhlükəsizliyinizi təmin etmək və ya digər şəxslərin təhlükəsizliyini təmin etmək, saxtakarlığı aşkara çıxarmaq və ya dövlətin sorğusuna cavab vermək üçün vacib olduğuna qənaət gətirdikdə,
  • Əgər LNS öz səhmlərinin bir hissəsini satarsa, onda sizə elektron poçt və ya saytdakı bölmədən şəxsi məlumatlarınızın istifadəsi və ya mülkiyyət hüququ barədə məlumat və şəxsi məlumatlarınız ilə əlaqəli olan seçimləriniz daxil olacaq,
  • Sizin yazılı razılığınız olduğu halda üçüncü tərəflərə açıqlamaq

Biz sizin tranzaksiya həyata keçirəcəyiniz istifadəçilərə bu prosesin tamamlanmasında yardım göstərmək üçün sizin əlaqə məlumatlarınızı bildirəcəyik.

Kukilər (Cookies) və digər izləmə texnologiyaları

Kukilər kiçik mətnli fayllar olmaqla qeydlərin saxlanılması məqsədilə istifadəçinin kompyuterində saxlanılır. Biz bu saytda kukilər istifadə edirik. Kukilərdə saxladığımız məlumatları bizim saytda olarkən daxil etdiyiniz şəxsiyyəti müəyyən edən məlumatlar ilə əlaqələndirmirik.
Biz həm sessiya ID kukilərindən, həm də qalıcı kukilərdən istifadə edirik. Biz saytımızda gəzişməyi sizin üçün daha asan bir vəziyyətə gətirmək üçün sessiya ID kukilərindən istifadə edirik. Qalıcı kukilər isə uzun müddət sizin kompyuterinizin sərt diskində qalır. Siz qalıcı kukiləri brauzerinizin “fayl” bölməsində olan təlimatları izləyərək silə bilərsiniz.
Biz sizin şifrələrinizi saxlamaq üçün qalıcı kukilərdən istifadə edirik. Beləcə siz hər daxil olduqda deyil, yalnız bircə dəfə şifrənizi daxil edə bilirsiniz. Qalıcı kukilər eyni zamanda bizə istifadəçilərimizin daha çox nəyə maraq göstərdiyini müəyyən etmək üçün də lazımdır.
Əgər siz kukilərlərdən imtina etsəniz, siz hələ də bu saytı istifadə edə bilərsiniz. Lakin bu zaman saytda bəzi hissələrin göstərilməsində məhdudiyyətlər qoyulacaq.
 
Üçüncü Tərəf Kukilər

Kukilərin üçüncü tərəflər vasitəsilə istifadəsi bizim gizlilik siyasətimizdə qeyd edilməyib. Biz bu kukilər üzərində nəzarət və ya bu kukilərə daxil olmaq hüququnu heç bir şəxsə vermirik. Sadəcə üçüncü tərəflər saytda daha yaxşı gəzişmək üçün sessiya ID kukilərindən istifadə edə bilərlər.
 
Təhlükəsizlik

Sizin şəxsi məlumatlarınızın təhlükəsizliyi bizim üçün önəmlidir. Siz bizim sifariş anketimizə həssas məlumatlar daxil etdikdə (sosial mühafizə nömrəsi, ŞV (pasport), kredit kartının kodu, pin kod və digər maliyyə ilə əlaqəli məlumatlar) biz Socket Layer Tecnology-dən (SSL) istifadə etməklə bu məlumatların ötürülməsi prosesini kodlaşdırırıq.
İstər məlumatların ötürülməsi, istərsə də bu məlumatları əldə edərkən bizə təqdim etdiyiniz şəxsi məlumatların qorunması üçün ümumi şəkildə qəbul edilmiş sənaye standartlarını izləyirik. Buna baxmayaraq internet vasitəsilə olan heç bir köçürmə üsulu və ya elektron saxlama üsulu 100% təhlükəsizliyi təmin edə bilmir. Məhz, buna görə biz bu məsələdə tam zəmanət verə bilmirik.
Əgər saytımız haqqında təhlükəszilik barəsində suallarınız varsa, aşağıdakı ünvan vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: privacy@lnsint.net

Digər Saytlara Keçidlər

Reklamlar daxil olmaqla üçüncü bir tərəfin saytının üzərinə kliklədiyiniz halda siz daxil olduğunu lnsint.net veb ünvanında çıxacaq və seçdiyiniz sayta yönləndiriləcəksiniz. Üçüncü tərəflərin fəaliyyətlərinə nəzarət edə bilmədiyimizə görə biz sizin şəxsiyyətinizi müəyyən edən məlumatların üçüncü tərəf vasitəsilə istifadəsinə görə heç bir məsuliyyət qəbul edə bilmərik. Eyni zamanda həmin üçüncü tərəflərin lnsint.net ilə eyni siyasətə tabe olduğunun da zəmanətini verə bilmərik. Biz sizə məsləhət görürük ki, sorğu göndərdiyiniz digər xidmət provayderlərinin də gizlilik siyasətini nəzərdən keçirəsiniz. Əgər siz lnsint.net saytında keçidi olan üçüncü tərəfin vebsaytına daxil olsanız, şəxsiyyəti müəyyən edə bilən məlumatları daxil etməzdən öncə saytın gizlilik siyasətini diqqətlə oxumalısınız.

 

Dosta Məsləhət

Əgər dostunuza saytımız haqqında məlumat vermək üçün istinad xidmətimizdən istifadə etməyi seçmisinizsə, onda biz sizdən dostunuzun adını və elektron poçt ünvanını soruşacağıq. Biz daha sonra avtomatik olaraq dostunuza saytımızı ziyarət etmək üçün dəvət olan birdəfəlik ismarıc göndərəcəyik. Bu birdəfəlik ismarıcı göndərmək və bizim istinad proqramımızın uğurlu olub-olmadığını izləmək üçün LNS bu məlumatları özündə saxlayacaq.
Dostunuz bu məlumatların məlumat bazamızdan silinməsi üçün bizimlə privacy@lnsint.net elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Şəxsi İsmarıclar

Əgər saytda olan şəxsi ismarıc funksiyasından istifadə etsəniz, nəzərə almalısınız ki, burada istifadə edəcəyiniz şəxsiyyəti müəyyən edən məlumatlar bu ismarıcların başqa istifadəçiləri tərəfindən görünə, oxuna və toplanıla bilər. Biz bu mesajlar çərçivəsində təqdim etdiyiniz şəxsiyyətinizi müəyyən edən məlumatlara görə heç bir məsuliyyət daşımırıq.
Şəxsi Məlumatlarınıza düzəlişin edilməsi və onların yenilənməsi
Şəxşi məlumatlarınızın dəqiqliyini yoxlamaq məqsədilə bu tip məlumatlara baxmaq və onları yeniləmək üçün privacy@lnsint.net vasitəsilə bizimlə əlaqə saxlayın. Eyni zamanda siz öz hesabınıza daxil olub saytda olan “Profil Tənzimləmələri” bölməsinə daxil olub dəyişdirmək istədiyiniz şəxsi məlumatı seçib bu məlumatı dəyişdirə bilərsiniz.
Gizlilik Siyasətində Dəyişikliklərin Bildirişi
Biz məlumat praktikasında olan dəyişikliklərə qarşılıq vermək üçün bu gizlilik siyasətini yeniləyə bilərik. Əgər biz hər-hansı bir dəyişiklik etsək, bu dəyişikliyin qüvvəyə minməsindən öncə ya sayt, ya da elektron poçt vasitəsilə sizə məlumat verəcəyik (hesabınızda qeyd edilmiş elektron poçt ünvanına göndəriləcək). Bundan əlavə sizə məsləhət görürük ki, gizlilik siyasətində yeniliklərin olub-olmadığını öyrənmək üçün periodik olaraq saytın müvafiq bölməsinə daxil olasınız.